Məxfilik Siyasəti

1. Bu məxfilik siyasəti nəyi tənzimləyir

Bu məxfilik siyasəti (bundan sonra – Siyasət), tətbiq olunan qanun daxilində şəxsi məlumatlar daxil olmaqla bütün məlumatlara aiddir (bundan sonra – “Şəxsi məlumatlar”), hansiları ki, www.azerinetwork.com-nin və / və ya onun törəmə qurumlarının, o cümlədən www.azerinetwork.com (bundan sonra AzeriNetwork) ilə eyni qrupda olanlar İstifadəçinin hər hansı bir AzeriNetwork-a aid saytından, proqramlarından, məhsullarından və / və ya xidmətlərindən (bundan sonra “Xidmətlər”) istifadə etdiyi zaman, həmçinin, AzeriNetwork / onun saytlarının İstifadəçinin Xidmətlərdən istifadəsi ilə bağlı bağlanmış hər hansı Saziş / Sazişlərin icrası zamanı əldə edə bilərlər, daha ətraflı məlumatları İstifadəçi AzeriNetwork saytlarına məxsus AzeriNetwork.com və törəmə saytlarında (bundan sonra “Saytlar” adlanır) tapa bilər. AzeriNetwork həmçinin tərəfdaşlarından (bundan sonra “Tərəfdaşlar”), İsitfadəçinin istifadə etdiyi veb-saytlardan, proqramlardan, məhsullardan və ya xidmətlərdən (məsələn, AzeriNetwork reklamçılarından) İstifadəçinin şəxsi məlumatlarını ala bilər. Belə hallarda şəxsi məlumatların ötürülməsi yalnız müvafiq qanunla müəyyən edilmiş hallarda mümkündür və AzeriNetwork ilə hər bir tərəfdaş arasında xüsusi saziş əsasında həyata keçirilir. Xahiş edirik, diqqət yetirəsiniz ki, hər hansı Saytların və / və ya Xidmətlərin istifadəsi bu Siyasətdə dəyişiklik və / və ya əlavələrə gətirib çıxara bilər.

2. Məlumatı kim emal edir

Saytlar və Xidmətlərdən istifadə etmək üçün İstifadəçinin şəxsi məlumatları AzeriNetwork tərəfindən emal edilir. Müvafiq Xidmətdən istifadə şərtlərində bu və ya xidməti təmin edən şəxs haqqında məlumatla tanış ola bilərsiniz.

3. Bu siyasətin məqsədi nədir

Sizin şəxsi məlumatlarınızın və məxfiliyinizin qorunması AzeriNetwork üçün son dərəcə əhəmiyyətlidir. Buna görə, Saytlar və Xidmətlərdən istifadə edərkən, AzeriNetwork şəxsi məlumatlarınızı qüvvədə olan qanuna uyğun olaraq qoruyur və emal edir. Şəxsi məlumatlarınızı qorumaq üçün məsuliyyətimizi yerinə yetirərək, bu Siyasətdə şəffaf bir şəkildə sizə aşağıdakı hallar haqqında məlumat vermək istərdik: (a) Saytlar və / və ya Xidmətlərdən istifadə etdiyiniz zaman AzeriNetwork nə üçün və necə sizin şəxsi məlumatlarınızı emal edir; (b) Şəxsi məlumatlarınızı nə üçün və necə emal etmək qərarı verən AzeriNetwork-in hüquqi şəxs kimi rolu və məsuliyyətləri nədir; (c) AzeriNetwork tərəfindən toplanmış şəxsi məlumatlarınızın həcmini azaltmaq üçün hansı vasitələrdən istifadə edə bilərsiniz; (ç) Şəxsi məlumatlarınızın emalı çərçivəsində hüquqlarınız nədir.

4. AzeriNetwork sizin haqqınızda hansı şəxsi məlumatları toplayır

Saytlardan istifadə və / və ya Xidmətlərin göstərilməsi zamanı toplanan şəxsi məlumatlar, Saytlar və / və ya Xidmətlərə daxil olmaq üçün hesabınızı istifadə etdiyinizdən asılı olaraq dəyişə bilər. Saytlar və Xidmətlərdən istifadə edərkən hesabınıza daxil olduğunuz hallarda, AzeriNetwork tərəfindən toplanan şəxsi məlumatlar digər şəxsi məlumatlarla müqayisə edilə və əlaqələndirilə bilər (məsələn, AzeriNetworkə təqdim etdiyiniz halda şəxsiyyətiniz və əlaqə məlumatlarınız haqqında məlumatlar). AzeriNetwork sizin təqdim etdiyiniz şəxsi məlumatları təsdiq etmir və onun düzgünlüyünü yoxlaya bilmir, ya da Şəxsi məlumatınızı təqdim etmək üçün kifayət qədər hüquqi qabiliyyətiniz olub-olmadığını yoxlaya bilmir. Bununla belə, AzeriNetworkə dəqiq və kifayət qədər Şəxsi Məlumatlarınızın təqdim etdiyinizi, həmçinin vaxtında yeniləməyinizi düşünür. Saytlar və Xidmətlərdən istifadə edərkən AzeriNetwork sizinlə əlaqəli aşağıdakı Şəxsi Məlumatlar kateqoriyasını toplaya bilər: (i) Qeydiyyat zamanı (hesab yaratmaq) sizin adınız, telefonunuz, ünvanınız kimi təqdim etdiyiniz şəxsi məlumatlar; (ii) elektron məlumatlar (HTTP başlıqları, IP ünvanı, cookilər, veb mayaklar / piksel etiketləri, brauzer identifikator informasiyası, avadanlıq və proqram məlumatları); (iii) Saytlar və / və ya Xidmətlərə giriş tarixi və vaxtı; (iv) Saytlar və / və ya Xidmətlərdən istifadə edərkən fəaliyyətiniz haqqında məlumat (məsələn, axtarış tarixçəsi, yazışmalar apardığınız e-poçt ünvanları, e-poçt məzmunu və əlavələri, habelə AzeriNetwork sistemlərində saxlanan fayllar); (v) geolokasiya məlumatları; (vi) Xüsusi Saytların və ya AzeriNetwork Xidmətlərinin istifadəsini tənzimləyən şərtlərə uyğun olaraq emal üçün lazım olan digər məlumatlar; (vii) Siz və Tərəfdaş və / və ya AzeriNetwork ilə Tərəfdaş arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq, Tərəfdaşlarımızdan əldə etdiyimiz məlumatlar. AzeriNetwork, şəxsi məlumatları toplamaq və onları sizin cihaziniza və veb brauzerinizə bağlamaq üçün veb mayaklar (piksel etiketləri daxil olmaqla) və cookilər istifadə edir (bu Siyasətin 11-ci bölməsinə baxın). AzeriNetwork həssas olan Şəxsi Məlumatları (irqi, siyasi fikir, sağlamlıq məlumatı və ya biometrik məlumatlar) toplamır. Bununla belə, AzeriNetwork bu cür emal üçün sizin razılığınızı istəməyəcəyini nəzərə almalısınız, çünki AzeriNetworkə təqdim edə biləcəyiniz Şəxsi Məlumatların həssas xarakter potensialından xəbərdar deyildir. AzeriNetwork, hüquq və azadlıqlarınızı əhəmiyyətli dərəcədə təsir edə biləcək istifadəçi “portreti” yaratmaq üçün məlumat toplamır.

5. Şəxsi məlumatların işlənməsinin hüquqi əsasları və məqsədi nədir

AzeriNetwork Şəxsi məlumatlarınızı kifayət qədər qanuni əsas olmadan emal etməyə haqqı yoxdur. Buna görə də, AzeriNetwork Şəxsi Məlumatınızı yalnız aşağıdakı hallarda emal edir: (i) Saytlar və Xidmətlərin istismarı daxil olmaqla (məsələn, axtarış sorğularınız üçün axtarış nəticələrini təmin edir) AzeriNetwork müqavilə öhdəliklərini yerinə yetirmək üçün, Şəxsi Məlumatları emal edir, (ii) qanuni öhdəliklərə riayət etmək üçün emal edir; (iii) Müvafiq qanunda nəzərdə tutulduğunda, bu proseslərin sizin maraqlarınıza, əsas hüquq və azadlığınıza əhəmiyyətli dərəcədə təsir etmədiyində, AzeriNetworkin qanuni maraqlarını təmin etmək üçün emal lazımdır. Xahiş edirik unutmayın ki, qeyd etdiyimiz kimi, şəxsi məlumatlarınızı emal edərkən, AzeriNetwork həmişə öz qanuni maraqları və sizin məxfiliyinizin qorunması arasında balansın saxlanmasına çalışacaqdır. AzeriNetwork Şəxsi Məlumatlarınızı, onun qanuni maraqlarını təmin etmək üçün, aşağıdakı hallarda emal edir: (a) Saytlar və / və ya Xidmətlərimizlə necə əlaqə qurduğunuzu daha yaxşı bilmək üçün; (b) bütün istifadəçilərin xeyrinə Saytları və Xidmətləri təkmilləşdirmək, dəyişmək, fərdiləşdirmək və ya təkmilləşdirmək üçün; (c) sizə bizim fikrimizcə, sizi maraqlandıra biləcək AzeriNetworkin və ya digər şirkətlərin məhsullarını və xidmətlərini təklif edə bilmək üçün(yəni, maraqlarınızı nəzərə alan reklamları göstərə bilərik); (iv) Xüsusi məqsədlər üçün Şəxsi Məlumatlarınızın emalı üçün ayrıca razılığınızı tələb edə bilər. AzeriNetwork həmişə Şəxsi Məlumatlarınızı xüsusi məqsədlər üçün və yalnız bu məqsədlərə nail olmaq üçün müvafiq olan Şəxsi Məlumatları emal edir: (i) Saytlara və / və ya Xidmətlərə daxil olma imkanı vermək üçün (həmçinin sizin axtarışınıza dair sorğulara, axtarış tarixinə və sizinlə əlaqəli digər AzeriNetworkə məlum olan Şəxsi Məlumatlara əsaslanan axtarış nəticələrinə cavab vermək üçün); (ii) müvafiq xidmətlərdə qeydiyyatdan keçmisinizsə AzeriNetwork elektron poçt qutusu və faylların saxlanması daxil, hesabınıza girişi təmin etmək üçün; (iii) Saytlar və Xidmətlərin işi ilə bağlı bildirişlər, sorğular və məlumatların göndərilməsi, sizinlə müqavilələrin yerinə yetirilməsi, istək və sorğularınızı işləyib hazırlamaq və sizinlə ünsiyyət qurmaq üçün; (iv) AzeriNetwork tərəfindən əldə edilən axtarış tarixi və digər şəxsi məlumatlarınızı nəzərə alaraq reklam və təkliflərin təqdim edilməsi üçün; (v) ən uyğun axtarış nəticələrini göstərmək və daha çox şəxsiləşdirilmiş Saytlar və Xidmətlər təqdim etmək, həmçinin digər AzeriNetwork məhsulları, tətbiqləri və xidmətlərini təkmilləşdirmək daxil olmaqla, Saytlar və Xidmətlərin istifadəçiliyinin təkmilləşdirilməsi üçün; (vi) AzeriNetwork tərəfindən yeni məhsulların, xidmətlər və təkliflərin yaradılması üçün; (vii) sizin və AzeriNetworkin hüquqlarının qorunması üçün; (viii) statistik və böyük məlumatların, həmçinin digər tədqiqatların toplanması, emalı və təqdim edilməsi üçün.

6. AzeriNetwork şəxsi məlumatınızı necə qoruyur

Əksər hallarda, Şəxsi Məlumatlar avtomatik olaraq, AzeriNetwork əməkdaşlarının hər hansı bir girişi olmadan emal olunur. Bu cür giriş tələb edilərsə, yalnız öz vəzifələrini yerinə yetirmək üçün lazım olan AzeriNetwork işçilərinə verilə bilər. Məlumatların məxfiliyini qorumaq və təmin etmək üçün bütün əməkdaşlar Şəxsi Məlumatların emal edilməsinə dair daxili qaydalara və proseduralara riayət etməlidirlər. Onlar həmçinin Şəxsi Məlumatlarınızı qorumaq üçün bütün texniki və təşkilati təhlükəsizlik tədbirlərini yerinə yetirməlidirlər. AzeriNetwork Şəxsi Məlumatları icazəsiz, təsadüfi və ya qeyri-qanuni şəkildə məhv etmək, zərər, dəyişiklik, ədalətsiz istifadənin, açıqlamanın və ya əldə edilməsinin və digər qanunsuz emal formalarının qorunması üçün kifayət qədər texniki və təşkilati tədbirlər həyata keçirmişdir. Bu təhlükəsizlik tədbirləri texnologiyanın hazırkı səviyyəsini, həyata keçirilməsinin dəyərini, şəxsi məlumatın emalı və xarakterinə aid riskləri nəzərə alaraq həyata keçirilmişdir.

7. Şəxsi məlumatlarınız daha kimə ötürülə bilər

7.1 AzeriNetwork qrupu daxilində

AzeriNetwork Şəxsi Məlumatınızı öz əməkdaşlarına ötürə bilər (bu Siyasətin 6-cı hissəsində göstərilən çərçivədə). AzeriNetwork Şəxsi Məlumatınızı filiallarına, həmçinin AzeriNetworkin-də daxil olduğu bir qrup şəxslərdən ibarət olan şirkətlərə ötürə bilər. Bütün hallarda, Şəxsi Məlumatınız yalnız AzeriNetwork tərəfindən təqdim edilən Saytlar və / və ya Xidmətlərdən istifadə şərtləri üçün başqa qaydada müəyyən edilmədikdə, bu Siyasətin 5-ci hissəsində göstərilən məqsədlər üçün emal ediləcəkdir.

7.2 AzeriNetwork qrupu xaricində

AzeriNetwork həmçinin bu Siyasətin 5-ci hissəsində göstərilən məqsədlərə nail olmaq üçün AzeriNetwork qrupu xaricində üçüncü tərəflərə anonim məlumatı köçürə bilər. Üçüncü tərəflərə daxil ola bilər: (i) veb saytlar və proqramlar, reklam şəbəkələri və digər tərəfdaşlar kimi tərəfdaşlar, belə tərəfdaşlara aid olan və ya onlar tərəfindən nəzarət edilən veb-saytlarda, proqramlarda, məhsul və ya xidmətdə reklam yerləşdirmək və nümayiş etdirməklə əlaqədar xidmətləri AzeriNetworkə göstərən tərəflər; (ii) reklamçılar və ya sizin üçün Saytlar və / və ya AzeriNetwork xidmətlərində reklam təqdim edən digər tərəfdaşlar, eləcə də informasiya xidmətləri təminatçıları və ya məsləhətçilər kimi tərəfdaşlar. AzeriNetwork həmçinin anonim məlumatları AzeriNetwork Qrupunun üzvü olmayan üçüncü tərəflərə köçürə bilər: (i) hüquq və öhdəliklərin və yaxud müvafiq razılaşma əsasında yeniləşdirmənin verilməsi üçün əlaqədar üçüncü tərəflərə; (ii) hər hansı bir milli və / yaxud beynəlxalq tənzimləyici orqannın, hüquq-mühafizə orqanlarının, mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının, digər rəsmi və ya dövlət qurumlarının və ya məhkəmələrin, tələbi ilə müvafiq qanuna əsasən AzeriNetwork məlumat verməyə borcludur; (iii) şəxsi məlumatların köçürülməsinə razılıq verdiyiniz təqdirdə və ya şəxsi məlumatın ötürülməsi sizə müvafiq Xidmət təqdim etmək və ya sizinlə bağlanmış xüsusi müqaviləni və ya müqavilələri yerinə yetirmək üçün tələb olunurarsa, şəxsi məlumatlarınız üçüncü şəxslərə ötürülə bilər; (iv) AzeriNetwork Xidmətlərinin İstifadəçi Sazişini, bu Siyasəti və ya Müəyyən Xidmətlərin istifadəsini tənzimləyən şərtləri pozduğunuzda və ya bu pozuntunun təhlükəli olduğu bir vəziyyətdə, AzeriNetworkin və ya üçüncü şəxslərin hüquqi müdafiəsini təmin etmək üçün, şəxsi məlumatlarınız hər hansı üçüncü tərəfə ötürülə bilər.

8. Şəxsi Məlumatlarınızın saxlandığı və emal edildiyi yer

Sizin Şəxsi Məlumatlarınız Rusiya Federativ Respublikası və Avropa ittifaqında yerləşən məlumat mərkəzlərində saxlanılacaqdır. Xüsusilə, AzeriNetwork Azərbaycan qanunvericiliyinin tələblərinə və Avropa Komissiyası tərəfindən təsdiqlənmiş müqavilənin standart şərtlərinə əsasən, Azərbaycana ötürülən Şəxsi Məlumatlarınızın mühafizəsini yüksək səviyyədə təmin edir.

9. Şəxsi Məlumatlarınızı hansı müddət ərzində saxlayırıq

AzeriNetwork Şəxsi Məlumatlarınızı yığıldıqları məqsədə çatmaq üçün zəruri olduğu müddətdə və ya hüquqi və tənzimləyici tələblərə uyğun olan müddətdə saxlayacaqdır. Qanunla və ya sizinlə razılaşmada başqa şərtlər nəzərdə tutlmayıbsa, Xidmətin bir hissəsi kimi AzeriNetwork sistemində saxladığınız e-poçt və sənədlər bir hesabınız olduğu müddətdə saxlanacaq, ancaq onları istənilən vaxt silə bilərsiniz. Şəxsi Məlumatlarınızın hər hansı birinin AzeriNetwork bazasından çıxarılmasını istəyirsinizsə, hesabınızı istifadə edərək və ya Veb saytların və / və ya Xidmətlərin interfeysindən (mümkün olduqda) lazımi Şəxsi Məlumatınızı silə bilərsiniz.

10. Hüquqlarınız

10.1 Hansı hüquqlara maliksiniz

Əgər tətbiq olunan qanunla nəzərdə tutulursa, bu Siyasətə uyğun olaraq AzeriNetwork tərəfindən emal edilmiş Şəxsi Məlumatlarınıza daxil olmaq hüququnuz vardır. AzeriNetworkin sizin haqqınızda saxladığı hər hansı bir məlumat səhv və ya natamam olduğunu düşünürsünüzsə, hesabınıza daxil ola və Şəxsi Məlumatınızı özünüz düzəldə bilərsiniz. Tətbiq olunan qanunda nəzərdə tutulubsa, sizin aşağıdakı hüqüqlarınız vardır: Şəxsi Məlumatlarınızın silinməsini tələb etmək; Şəxsi Məlumatlarınızın emal edilməsinə məhdudiyyətin qoyulmasını tələb etmək; Tətbiq olunan qanunla nəzərdə tutulmuş hallarda, Şəxsi Məlumatların emalına etiraz etmək. AzeriNetwork tətbiq olunan qanuna müvafiq olaraq müəyyən tələblərə əməl edəcəkdir. Müvafiq qanunda nəzərdə tutulmuş hallarda, yuxarıda göstərilməyən digər hüquqlara da malik ola bilərsiniz.

10.2 Haqqlarınızdan necə istifadə edə bilərsiniz

Yuxarıda göstərilən hüquqları həyata keçirmək üçün, hesabınıza daxil olun və interfeysdə xüsusi funksiya yoxdursa, AzeriNetworklə əlaqə saxlayın (bu Siyasətin 13-cü bölməsinə baxın). AzeriNetworkin Şəxsi Məlumatlarınızı emal etdiyindən məmnun deyilsinizsə, xahiş edirik bizə bildirin və biz iddiaınızı nəzərdən keçirəcəyik. AzeriNetworkin cavabından məmnun deyilsinizsə, səlahiyyətli orqana şikayət etmək hüququnuz var.

11. Saytlardan və ya Xidmətlərdən istifadə etdiyiniz zaman cookie və digər oxşar texnologiyalardan necə istifadə edirik

11.1 Cookie nədir və AzeriNetwork onları nə üçün istifadə edir

Cookie- Saytlara daxil olmaq üçün istifadə etdiyiniz cihazda yerləşdirilən kiçik mətn fayllarıdır. Sizin cihazınızdan toplanan və bir müddət sonra hərəkətlərinizi və seçimlərinizi yadda saxlamaq üçün hər bir sonrakı səfərlə Saytlara geri göndərilən məlumatları əks edir. Veb saytlar aşağıdakı cookie növlərini istifadə edir: zəruri lazım olan cookie faylları / texniki cookie faylları: bu cookie-lər Saytların istifadəsi və Xidmətlərin göstərilməsi üçün zəruridir; digər şeylər arasında AzeriNetworkə brauzerinizin növü də daxil olmaqla, avadanlıq və proqram təminatını müəyyən etməyə imkan verir; statistik / analitik cookie-lər: bu ç cookie-lər istifadəçiləri tanıyır, onların sayını hesablayır və ziyarət etdiyiniz veb-səhifələr və əldə etdiyiniz məzmunlar haqqında məlumatlar daxil olmaqla, Saytlar və Xidmətlərdə yerinə yetirən əməliyyatlar kimi məlumatları toplayır; texniki cookie-lər: bu cookie faylları, istifadəçilərin Saytlar və / və ya Xidmətlər ilə qarşılıqlı əlaqəsi haqqında məlumatlar toplayaraq, səhvləri müəyyən etməyə imkan verir və Veb-saytlar və Xidmətlərin performansını artırmaq üçün yeni funksiyalar test edir; funksional cookie-lər: bu cookie-lər, Saytlardan istifadəni asanlaşdırmaq üçün, məsələn, seçimlərinizi (dil və yer kimi) saxlamaqla müəyyən funksiyaları təmin etməyə imkan verir; (üçüncü tərəf) izləmə faylları / reklam cookie-ləri: bu cookie-lər istifadəçilər, trafik mənbələri, ziyarət edilən səhifələr və sizin üçün nümayiş olunan reklamlar, həmçinin reklam edilmiş səhifəyə keçid haqqında məlumatlar toplayır. Onlar sizinlə bağlı toplanan Şəxsi Məlumatların təhlili əsasında sizin üçün maraqlı ola biləcək reklamları göstərməyə imkan verir. Onlar həmçinin statistik və tədqiqat məqsədləri üçün istifadə olunur.

11.2 Cihazınızda cookie-lər hansı müddət ərzində saxlanılır

AzeriNetwork cookie fayllarında olan məlumatları yalnız yuxarıda göstərilən məqsədlər üçün istifadə edir, bundan sonra yığılmış məlumatlar cihazınıza müvafiq cookie növündən asılı ola biləcək bir müddət ərzində saxlanacaq, lakin onların məqsədlərinə çatmaq üçün lazım olan vaxtdan artıq olmayacaq, daha sonra avtomatik olaraq sisteminizdən çıxarılacaq.

11.3 Cookie-lərdə olan məlumatlara daha kimlərin giriş icazəsi var

Cihazınıza yerləşdirilən cookie-lərdən istifadə etməklə toplanmış Şəxsi Məlumatlar AzeriNetwork və / və ya bu Siyasətin 7-ci hissəsində göstərilən üçüncü tərəflərə təqdim edilə bilər. Saytdan kənarda Şəxsi Məlumatların istifadəsi üçüncü şəxslərin veb saytlarında fərdi istifadəçi müqavilələrinə tabe ola bilər. AzeriNetwork və / və ya üçüncü tərəflər sizə bu məhsullara və təkliflərə tətbiq olunan qanunlara və qaydalara tabe ola biləcək fərdi reklamların alınmasından imtina etmək imkanı verə bilərlər. Saytlara ilk dəfə daxil olduğunuzda, cookie-lərin istifadəsinə razılığınız tələb oluna bilər. Əgər сookie-lərin istifadəsini təsdiqlədikdən sonra fikrinizi dəyişmək istəyirsinizsə, bunu brauzerinizdə saxlanılan cookie-ləri silməklə edə bilərsiniz (brauzerinizin parametrlərində axtara bilərsiniz. Bundan sonra, sizin razılığınızı tələb edən pop-up pəncərə görünə bilər, və siz fərqli seçim edə bilərsiniz. Cookie-lərin istifadəsindən imtina etdiyiniz halda, Saytların bəzi funksiyaları sizin üçün məhdudlaşdırılacaq, bu da Saytların istifadə qabiliyyətinə təsir edəcəkdir. Ayrıca, AzeriNetwork Saytları daxil olmaqla müəyyən Saytlardan bütün cookie və ya cookie qəbulu funksiyasını brauzerinizin parametrlərindən dəyişə bilərsiniz. AzeriNetwork Saytlarından birində cookie-lərin istifadəsini təsdiqlədiyiniz təqdirdə, digər AzeriNetwork Saytında cookie fayllarının istifadəsini təsdiqləmiş hesab edilirsiniz. AzeriNetwork ayrıca, aşağıdakı məqsədlər üçün daha əvvəl cihazınızda yerləşdirilən cookie-lərə daxil olmaq üçün veb mayaklar (piksel etiketlər) istifadə edə bilər: (i) Cihazınızda saxlanılan cookie fayllarına daxil olmaq və istifadə etməklə Saytlardakı və xidmətdən istifadə fəaliyyətinizi müəyyənləşdirmək üçün; (ii) Saytlar, Xidmətlər, Məhsullar və AzeriNetwork təklifləri ilə bağlı statistik məlumatların toplanması üçün.

12. Bu Siyasətin yenilənməsi

Bu Siyasətə dəyişikliklər edilə bilər. AzeriNetwork öz mülahizəsinə əsasən dəyişiklik etmək hüququna malikdir, o cümlədən, bununla məhdudlaşmayaraq müvafiq dəyişikliklər müvafiq qanunvericiliyin dəyişikliklərinə, habelə müvafiq dəyişikliklərin Saytlar və Xidmətlər işində dəyişikliklərlə bağlı olduğu zaman. AzeriNetwork xəbərdarlıq etmədən, bu Siyasətdə əks edilən hüquqlarınıza əlavə məhdudiyyətlər qoymamaq üçün ciddi dəyişikliklər etməməyi öhdələrinə götürür. Belə dəyişikliklər haqqında məlumatlanacaqsınız. Bu dəyişikliklər qüvvəyə minmədən və ya digər ünsiyyət kanalları vasitəsilə (məsələn, bizə əlaqə məlumatı verdiyiniz halda e-poçt vasitəsilə) göndərilməmişdən əvvəl Saytda müvafiq bildirişlər (məsələn, pop-up pəncərə və ya banner vasitəsilə) göstərilə bilər.

13. Suallar və təkliflər

AzeriNetwork üçün bu Siyasətin icrası və ya dəyişdirilməsi ilə bağlı suallarınız və təkliflərinizi arzuolunandır. Xahiş edirik Bizimlə Əlaqə formamızı istifadə edib, bizə sual, təklif və müraciətlərinizi göndərin. Bu ünvandan şəxsi məlumatlarınızın səhv olması və ya onun emalının qeyri-qanuni olması ilə bağlı hüquqlarınız və şikayətləriniz barədə sorğunu göndərmək üçün istifadə edə bilərsiniz.